Avtoreyd.Az Maraqlı Çinli iş adamı məhsulunu reklam etmək üçün oğlundan belə istifadə etdi (Video)

Çinli iş adamı məhsulunu reklam etmək üçün oğlundan belə istifadə etdi (Video)

| | 0 Comments | 03:31

Avtoreyd.az bildirir ki, çinli  sahibkar Çen Hunvey potensial alıcılara istehsal etdiyi məhsulun necə möhkəm olduğunu sübut etmək üçün 8 yaşlı oğulunu qadın corabının içinə salıb.

İş adamının müştərilərinin sosial şəbəkədə yerləşdirdiyi videoda, Çen Hunveyin içərisində uşaq olan qadın corabını silkələyərək, “çox yaxşıdır, çox yaxşıdır” deməsi əks olunub. “Son zamanlar bizneslə məşğul olmaq çətinləşib, amma bu video bizim alıcılarımıza məhsulumuzun üstün keyfiyyətini göstərir”, — bunu çarxın sonunda çinli sahibkar deyir.

Çinin milli sosial şəbəkəsinin istifadəçiləri Çen Hunveyin yaradıcı reklamını birmənalı qəbul etməyərək qeyd ediblər ki, bir neçə il sonra onun uşağı bu videoya görə utanacaq. “Əlbəttə, əlbəttə! Mən bu qadın corablarını alacağam, bircə uşağı burax”, — istifadəçilərdən biri belə yazıb.

http://www.youtube.com/watch?v=iEKK3WrrZ28

 

Related Post