Avtoreyd.Az Hadisə “Culiana” 57 yaşlı turistin ölümünə səbəb oldu (Video)

“Culiana” 57 yaşlı turistin ölümünə səbəb oldu (Video)

| | 0 Comments | 22:29

Avtoreyd.az bildirir ki, Yeni Zelandiyadan olan turist Qəraib adalarına aid Sint-Martendəki yerli çimərlik yaxınlığındakı aeroportda təyyarələri müşahidə edərkən həlak olub.

Uçan təyyarədən qalxan hava dalğası qadını yerə yıxıb və o, səkiyə düşərkən başından ölümcül travma alıb.

Dostları ilə birgə Qəraib adalarına gələn 57 yaşlı yeni zelandiyalı qadın, hasara söykənərək Trinidada uçan “Boinq-737” təyyarəsinin havaya qalxdığını müşahidə edən zaman təyyarənin turbinindən püskürən qəfil şiddətli hava dalğası onu yerə yıxıb.

Qadın təcili xəstəxanaya çatdırılsa da, onu xilas etmək olmayıb.

“Culiana” aeroportu Sint-Martenin adasında əsas görməli yerlərdən biridir. Aeroport, çimərliyin düz yaxınlığında yerləşdiyindən, yüzlərlə turist başları üstündən cəmi bir neçə metr yüksəklikdə eniş edən təyyarələri görmək üçün müntəzəm surətdə “Culiana”nın hasarı yaxınlığında toplaşır.

Related Post

Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub – VİDEOBakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub – VİDEO

Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub. AvtoReyd.Az “Report”un Qarabağ bürosunun məlumatına görə,xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1977-ci il