Bakının Xəzər rayonunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Binə qəsəbəsində “Renault” markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Həsənov İlqar Zakir oğlunu vurub.
Sürücü hadisə yerinə “təcili yardım” briqadası çağırıb. Piyda xəstəxanaya çatdırılıb. Özü isə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.