Avtoreyd.az bildirir ki, amerikalı Şeriz Mulzak Nyu-Yorkdakı mənzilinin yataq otağının divarlarında axan yapışqan maddə aşkar edib.
Qadın bunun bal olduğunu anladıqdan sonra arıçını çağırıb.
Mənzilin tavanında dəlik açdıqdan sonra isə orada 35 min arı aşkar olunub. Mütəxəssislərin sözlərinə görə, həşəratlar orada iki il ardıcıl olaraq yaşayıblar.
Arıçı hadisə yerində həmçinin təxminən 30 kiloqram bal da aşkar edib. Bu xəzinəni isə Şeriz özü üçün saxlayıb.