Gəncədə avtomobillə vurulan qadının övladı xəstəxanada ölüb.
AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Məmmədova Aynurə İsmayıl qızı “QAZ 3110” avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb, onun yanında olan 5 yaşlı oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Sürücü maşını hadisə yerində qoyaraq qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.