Avtoreyd.Az Gündəm Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb


İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən AvtoReyd.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu  təşkil edəcək.

Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

AvtoReyd.Az

Related Post