Avtoreyd.az bildirir ki, Banqalor şəhər sakini Abhişek Prasad arzusunu gerçəkləşdirmək və musiqiylə məşğul olmaq üçün 2012-ci ildə IT-mütəxəssisi vəzifəsini tərk edib. O, “musiqiçi spazması” adlandırılan xəstəlikdən yəni əzələ distoniyasından əziyyət çəkib. Bu zaman barmaqlar və əzələlər insanın özündən asılı olmayaraq yığılır.
Xəstəlik Prasadın sol əlinin üç barmağını iflic edib. Belə ki, o, gitarada ifa edən zaman əl barmaqları qıc olurmuş. Yeddisaatlıq əməliyyat zamanı neyro-cərrahlara beyində problemli zonaları aşkar etməyə kömək etmək üçün Abhişek ayıq qalıb.
“Doktor mənə dedi ki, gitaranı əməliyyat otağına götürmək lazımdır. Çünki həkim daim mənim özümü necə hiss etməyimi bilmək istəyirdi”,- musiqiçi belə deyib.
Hindistanlı musiqçinin sözlərinə görə, əməliyyat uğurlu keçib və o, növbəti il ilk solo albomunu buraxmağı planlaşdırır.