Avtoreyd.Az Hadisə Xilasedicilər gələnə kimi kənd sakinləri üç saat ərzində fil balasını boğulmaqdan belə xilas edib (Video)

Xilasedicilər gələnə kimi kənd sakinləri üç saat ərzində fil balasını boğulmaqdan belə xilas edib (Video)

| | 0 Comments | 00:18

Avtoreyd.az bildirir ki, əsas versiyaya görə içmək üçün suya yaxınlaşan fil balası müvazinətini itirərək hovuza düşüb. Hadisə Hindistanın Qərbi Benqaliya ştatında baş verib. Qan donduran qışqırıqlar eşidən Aliperdyuar şəhərinin yaxınlığında yerləşən kəndin sakinləri qorxmuş heyvanı beton rezervuarda aşkar ediblər.

Kəndlilər həyəcan təbili çaldıqdan sonra  hadisə yerinə canlı təbiətin müdafiəçilər  və xilasedicilərdən ibarət briqadaları gəlib. Onlar qeyd edib ki, bu ilk belə hadisə deyil. Belə ki,  çox vaxt vəhşi heyvanlar suvarılma üçün nəzərdə tutulan rezervuarlardan su içmək üçün insanların yaşayış məskənlərinə yaxın yerlərə gəlirlər. Xoşbəxtlikdən zavallı fil balasının düşdüyü hovuz dayaz olub və heyvan boğulmayıb, sadəcə çıxmağa çalışarkən ümidsizcəsinə bulanıq suda çabalayıb.

Zavallı heyvanı düşdüyü quyudan çıxarmaq və təhlükəsiz yerə aparmaq üçün könüllülərə təxminən üç saat lazım olub. Fil balası xilas edildikdən dərhal sonra ayrı düşdüyü sürüylə yenidən birləşmək üçün yaxınlıqdakı meşəyə qaçıb.

http://www.youtube.com/watch?v=5ba7UpRPRx0

Related Post

Yolda uçan avtobus-VİDEOYolda uçan avtobus-VİDEO

  AvtoReyd.Az-ın məlumatına görə “Moskva-Ryazan” istiqaməti üzrə hərəkət edən avtobusun qabaq təkərlərinin hamar asfalt örtüyü üzərində nə qədər havaya qalxdığından sürücünün xəbəri olmasa da, bu, digər hərəkət iştirakçılarının diqqətini çəkib. Şahidlərin