Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu “Mercedes” markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.
Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Rayon Mərkəzi Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Siyəzən xəstəxanasında olanlar:
1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı (vəziyyəti ağırdır)
1964-cü il təvəllüdlü Quliyev Ramiz Əli oğlu (vəziyyəti orta ağırdır)
1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı (vəziyyəti orta ağırdır)
Şabran xəstəxanasında olan yaralı:
2008-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Mina Ramiz qızı (Sağ dirsəyin qapalı sınığı bədənin çox saylı sıyrıntıları)
Digər yaralıların adları hələ ki, məlum deyil
Qəza törədən avtomobilin sürücüsü Quliyev Ramiz Azərbaycan Tibb Universitetinin müəllimidir. O, “Mercedes” markalı avtomobilini idarə edərkən ön təkər mexanizmi anidən qırılıb. Qəza da bu səbəbdən baş verib.