Avtoreyd.az bildirir ki, Türkiyənin Zonquldağ əyalətində iki süpürgəçi qadını qəbiristanlıqda oynadıqları üçün işdən çıxarıblar.
Hər iki qadın müddətli yəni altıaylıq müqavilə əsasında Karadeniz Ereqli şəhərinin bələdiyyəsi tərəfindən “Cəmiyyət üçün faydalı iş” proqramı çərçivəsində qəbiristanlığın təmizləməsi üçün işə götürülüb.
İyulun 25-də şəhər bələdiyyəsi süpürgəçilərin davranışının bələdiyyə işçisinin standartlarına uyğun olmaması səbəbindən hər iki qadınla müqavilənin pozulması haqda bəyanat yayıb.