Avtoreyd.az bildirir ki, CAR-ın şimal-şərqində yerləşən Sent-Lusiya adlı kiçik şəhərdə yanacaqdoldurma məntəqələrindən birində begemot peyda olub.
Qeyri-adi müştərinin videosu yanacaqdoldurma məntəqəsinə özü üçün yemək və sərinləndirici içkilər almaq məqsədi ilə gələn İness Minni tərəfindən çəkilib. Yeri gəlmişkən, videonun müəllifi begemotdan qorxmayaraq, qaçıb-gizlənməyən yeganə adamdır. Belə ki, qeyri-adi müştərinin YDM-də görünməsi ilə bütün digər müştəri və əməkdaşların gizlənməsi bir olub.
İness Minni hippopotamın yavaş-yavaş təntənəli surətdə YDM ərazisini keçərək şəhərin əsas küçəsi ilə necə uzaqlaşdığını, sonra isə evlərdən birinin qarşısındakı çəmənlikdə özünə otlamaq üçün yerləşdiyini lentə alıb.