Avtoreyd.Az Maraqlı Dünya aeroportlarında ən qeyri-adi 10 əyləncə növü

Dünya aeroportlarında ən qeyri-adi 10 əyləncə növü

| | 0 Comments | 23:57

Avtoreyd.az oxucular üçün dünya aeroportlarından bəziləri haqda maraqlı məlumatlar təqdim edir:

Çanqi (Sinqapur) beynəlxalq aeroportu – Kəpənəkli park   

Çanqi aeroportu hər il dünyada (1981-ci ildə  fəaliyyətə başlamasından  bu günə qədər 280-dən çox beynəlxalq mükafata layiq görülüb) ən yaxşı hava limanı seçilir. Bu dəfə söhbət 2008-ci ildə burada açılan kəpənəklər bağından gedir. Çanqi dünyada bu cür ərazisi olan yeganə aeroportdur. Bağda 40 müxtəlif növə aid 1000-dən çox tropik kəpənəyi yaşayır. Bağ  6 metrlik şəlalədən və sıx bitkilərlə örtülmüş ikimərtəbəli şüşə volyerdən ibarətdir.Bağ 3 saylı terminalda yerləşir.  Əgər bəxtiniz gətirsə, kəpənək lərin yetişdirmə və yemlənmə  proseslərini  yaxından izləyə bilərsiniz. Bura aeroportdakı vurnuxmadan yaxa qurtarmaq üçün əla yerdir.

Bu aeroportda siz həmçinin binanın damında yerləşən Kokteyl-bara da baş çəkə bilərsiniz.

Harry’s bar Sinqapurun Çanqi aeroportunun 1 saylı terminalının  damında yerləşir. Burada qonaqlara başları üstündən uçan təyyarələri seyr etmək  və onların səs-küyündən həzz almaqla yanaşı müxtəlif içkilər də təklif edilir. Bar hər gün səhər saat 6-dan gecə yarısınadək işləyir. Kokteyl menyusuna “Çirkli Harri” (Dirty Harry), “Bili Öldürmək” (Kill Bill) həmçinin tünd “Canql cuis” (Jungle Juice) kokteylləri daxildir.

Çanqi (Sinqapur) beynəlxalq aeroportu– Kaktus bağı  

Sinqapurun Çanqi aeroportundakı bağda Asiya, Afrika və Amerikanın bütün guşələrindən olan 100-dən çox kaktus və digər səhra bitkiləri növü var. Bağ, aeroportun terminallarından birinin damında yerləşir, istəkdən asılı olaraq burada qaralmaq da olar. Bundan başqa burada yerləşən barda siz tikanlı səhra bitkilərini seyr etməklə yanaşı, özünüz üçün sərinləndirici içki də sifariş verə bilərsiniz.

Çanqi (Sinqapur) beynəlxalq aeroportunda həmçinin 12 metrlik sürüşmə təpələri də var.

Kaktus bağından başqa, Sinqapurun Çanqi hava limanında dünyada ən hündür  sürüşmə təpəsi yerləşir (əgər yalnız aeroportları nəzərə alınarsa). 12 metr hündürlüyündə olan spiralşəkilli boru uçuş gözləyən uşaq və böyüklər üçün əla əyləncə məkanıdır. Gözəl işıqlandırılan attraksion aeroportun üçüncü terminalında yerləşir. Sürüşmə təpəsi 4 mərtəbə  boyunca uzanır. Bu təpədə saatda 18 km-ə qədər sürət artırmaq olar. Bu isə şəhərdədaxili  velosipedin orta sürət həddi deməkdir.

Hamada beynəlxalq aeroportu, Doha (Qətər) – Örtülü hovuz   

Qətərin paytaxtı Doha şəhərinin Hamada aeroportu elit spa-xidməti ilə lovğalana bilər. Onun təklif etdiyi xidmətlər arasında – örtülü hovuz və hidroterapevtik (su müalicəsi) vanna da var. Idman həvəskarları da nəzərə alınıb.  Burada onlar üçün trenajor zalı və skvoş oynamaq üçün meydança yerləşir. Rahatlanmaq və cetlaqın (təyyarə ilə uçuş zamanı müxtəlif saat qurşaqları səbəbindən yaranan narahlıq hissi) nəticələrini aradan qaldırmaq üçün masaj kabinetindən də istifadə etmək olar. Aeroportda spa-salona giriş sizə 40 dollara başa gələcək.

Honkonq Beynəlxalq aeroportu– IMAX kinoteatrı   

Honkonq beynəlxalq aeroportunda yerləşən kinoteatr regionda ən böyük IMAX ekrana malikdir. Onun hündürlüyü 14 m, eni isə 22 m. 350 nəfərlik zalda 2D və 3D filmlər nümayiş  olunur. IMAX kinoteatrı 2 saylı terminalın altıncı mərtəbəsində yerləşir.

Vankuver (Kanada) beynəlxalq aeroportu-Akvariumlar  

Vankuver aeroportunda iki nəhəng akvarium var. Burada Britaniya Kolumbiyasının təbiətinə aid bir çox balıq və dəniz canlıları yaşayır.  Akvariumların sakinlərindən bəziləri dəniz bioloqlarının tədqiqat obyektidir.

Beynəlxalq terminalın üçüncü mərtəbəsində yerləşən əsas akvariumda dəniz faunasının 5 min növü yaşayır. Onların arasında angviləoxşar anarhichaslar, anemonlar, zolaqlı xanı balıqları və Tubastraea coccineanın günəş mərcanları da var.

Mak-Karran beynəlxalq aeroportu, Las-Veqas (ABŞ) – Oyun avtomatları

Bu aeroportun binasına daxil olan kimi siz, oyun avtomatlarından gələn sikkələrin cingiltisini eşidəcəksiniz. Aeroportun bütün terminalları boyunca 1,5 mindən çox avtomat səpələnib. Onlara hətta baqaj zonasında da rast gəlmək olar. Oyunçular burada istənilən vaxt qazana bilərlər. Deyilənlərə görə, səyahətçilər çox vaxt  burada yüksək məbləğdə olan uduşlar əldə edirlər. Hətta bir nəfər 3,9 milyon dollarlıq cek-pot da udub.

Narita (Yaponiya) beynəlxalq aeroportu– Oksigen barı

Yaponiyanın Narita aeroportunda yerləşən oksigen barı sayəsində nəfəs almaq daha asandır. Bu müəssisədə insanlara alkoqollu içki əvəzinə təmiz oksigen verirlər. Barın menyusunda müxtəlif ətirli qazlar var: evkaliptdən darçına qədər. Sağlamlaşdırma (və dadlı) seans 10 dəqiqə davam edir. Əgər aeroportda təmiz hava çatışmırsa, oksigen barında sizi cəmi bir saata gümrahlaşdıracaqlar.

Münhen (Almaniya) beynəlxalq aeroportu– Pivə zavodu

Münhen aeroportu dünyada yeganə şəxsi pivə istehsal edən hava limanıdır. Restoranı olan Airbrau pivə zavodu supermarketin əks tərəfində yerləşir. Ən əsası odur ki, Bavariyada ən ucuz pivəni məhz Münhen aeroportunda almaq olar.Yarımlitrlik butulka sizə 2,75 avroya (aeroport xaricindəki restoranlarda isə təxminən 4,5 – 6 avrodur) başa gələcək.

Related Post