Avtoreyd.az bildirir ki, ən böyük sendviçi Latın Amerikasında hazırlayıblar. 67 metr uzunluğunda olan sendviçi hazırlamaqla meksikalı aşpazlar qitədə yeni rekorda imza atıblar.
Meksikada bu milli qəlyanaltını “torta” adlandırırlar. Onun hazırlanması üçün əllidən artıq inqrediyent lazım olub. Minlərlə bulka, kahı yarpağı, soğan, pomidor, həmçinin yüz litrlərlə mayonez, xardal və ketçupdan istifadə olunub.