Avtoreyd.az bildirir ki, partiya üzvləri ilə Krasnodara gələn Rusiya Federasiyasının baş naziri Dmitri Medvedevin səfəri, deyəsən yalnız siyasi tərəfləri ilə yadda qalmayacaq. Belə ki, yayılan şəkillərdən birinə diqqətlə baxdıqda baş nazirin alt paltarını görmək olar. Dmitri Medvedevin ağ köynəyinin altından, kəmərin yuxarı hissəsindən çıxan tumanının hansı markadan olması aydın görünür.
Bu nüans Pikabu saytının istifadəçilərinin diqqətindən yayınmayıb. Bir müddət öncə amerikan qəhvəsinin adını dəyişdirərək “rusiano” adlandırmağı təklif edən baş nazir, Rusiyada tikilən alt paltara yox, Calvin Klein kimi nüfuzlu markaya üstünlük verir.