Avtoreyd.az bildirir ki, Nyu-Yorkda, Manhetten rayonu ərazisində su taksisinin körpüyə çırpılması nəticəsində 30 nəfər xəsarət alıb.
Hadisə Linkoln tuneli yaxınlığında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, nə gəmiyə, nə də doka ciddi ziyan dəyməyib.
Su taksisinin göyərtəsində təxminən 125 nəfər olub. Onlardan 30-u yaralandığından, xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Polis artıq araşdırmaya başlayıb. İlkin məlumata görə, bu, bədbəxt hadisədir.