Avtoreyd.az bildirir ki, Tallinndə sərnişinlərin daşınması üçün pilot layihəsi çərçivəsində marşrut xətlərindən birinə sürücüsüz avtobuslar buraxılıb.
Pilotsuz avtobuslar həftədə altı gün sərnişinlərə pulsuz xidmət göstərəcək.
Nəqliyyat, Estoniyanın Avropa Birliyi Şurasında sədrliyi proqramı çərçivəsində fəaliyyətə başlayıb. Estoniyanın sədrliyi proqramının əsas sferalarından biri texnologiyaların inkişafı və onların cəmiyyətə təsirindən ibarətdir.
Marşrut üzrə eyni anda ard ardınca hərəkət edən iki avtobus fəaliyyət göstərir. Bir avtobus səkkiz sərnişin tutur, əlil arabasından istifadə edən şəxslər də nəzərə alınıb.
Hər iki avtobusda sərnişinləri yeni texnologiya ilə tanış edən instruktor var.
Dəyəri təxminən 100 min avro olan pilot layihəsi, avqustun sonuna kimi davam edəcək. Məbləğin üçdə iki hissəsi layihənin partnyorları tərəfindən özəl sektorun hesabına təmin edilir.
http://www.youtube.com/watch?v=v_zAhQTTdDY