Avtoreyd.Az Avtoxəbər Estoniyada pilotsuz avtobuslar fəaliyyət göstərməyə başlayıb (Video)

Estoniyada pilotsuz avtobuslar fəaliyyət göstərməyə başlayıb (Video)

| | 0 Comments | 05:56

Avtoreyd.az bildirir ki, Tallinndə sərnişinlərin daşınması üçün pilot layihəsi çərçivəsində marşrut xətlərindən birinə sürücüsüz avtobuslar buraxılıb.

Pilotsuz avtobuslar həftədə altı gün sərnişinlərə pulsuz xidmət göstərəcək.

Nəqliyyat, Estoniyanın Avropa Birliyi Şurasında sədrliyi proqramı çərçivəsində fəaliyyətə başlayıb. Estoniyanın sədrliyi proqramının əsas sferalarından biri texnologiyaların inkişafı və onların cəmiyyətə təsirindən ibarətdir.

Marşrut üzrə eyni anda ard ardınca hərəkət edən iki avtobus fəaliyyət göstərir. Bir avtobus səkkiz sərnişin tutur, əlil arabasından istifadə edən şəxslər də nəzərə alınıb.

Hər iki avtobusda sərnişinləri yeni texnologiya ilə tanış edən instruktor var.

Dəyəri  təxminən 100 min avro olan pilot layihəsi, avqustun sonuna kimi davam edəcək. Məbləğin üçdə iki hissəsi layihənin partnyorları tərəfindən özəl sektorun hesabına təmin edilir.

http://www.youtube.com/watch?v=v_zAhQTTdDY

 

Related Post

Ukrayna yollarında saatda 200 km maksimal sürətlə şütüyən “Zazobimer” adında balaca əjdaha (Video)Ukrayna yollarında saatda 200 km maksimal sürətlə şütüyən “Zazobimer” adında balaca əjdaha (Video)

Avtoreyd.az bildirir ki, Kiyevdən olan Ruslan adlı bacarıqlı usta köhnə “Zapı”nı saatda 200 km-yə qədər maksimal sürətlə hərəkət edən güclü drift-maşına çevirib. Bunun üçün ona bir çox sovet avtomobil hissələrinin yerinə müasir

Siberian Tiger – Ford F450 pikapı əsasında təkərlər üzərində dəyərli ev(Foto)Siberian Tiger – Ford F450 pikapı əsasında təkərlər üzərində dəyərli ev(Foto)

AvtoReyd.Az xəbər verir ki,məhdudlaşdırılmış miqdarda dar ixtisaslaşdırılan şirkətlər təkər üzərində belə ev istehsal edəndə darıxdırıcı görünmür. Belə şirkətlərdən birinə uzaq səyahətlər üçün təsirli avtomobilləri yaradan Adventure Vehicles firması aiddir. Bu model