Avtoreyd.az bildirir ki, Kölndə sərnişinlər üçün nəzərdə tutulan kabinlərdən birinin dayağa çırpılması nəticəsində baş verən qəza zamanı 40 metr hündürlükdə qalan 76 sərnişinin təxliyyəsi müvəffəqiyyətlə keçib. Onların arasında uşaqlar da var.
Sərnişinlərdən iki nəfəri: kişi və hamilə bir qadın yüngül travmalar alıb.
Maraqlıdır ki, qəzadan bir həftə əvvəl, xilasedicilər kanat yolunda sərnişinlərin təxliyyəsi ilə bağlı təlim keçiblər.
Qəzanın səbəbi hələlik rəsmən açıqlanmayıb. Yalnız o məlumdur ki, hadisə zamanı güclü külək olub.