Avtoreyd.Az Gündəm Sürücülərin nəzərinə! Texniki baxışın müddəti bitir , cərimələr olacaq

Sürücülərin nəzərinə! Texniki baxışın müddəti bitir , cərimələr olacaq


Sabaha gədər texniki baxışdan keçməyən xarici markaları minik avtomobillərin sürücüləri cərimə olunacaqlar.

Avqustun 1-dən etibarən yol polisi bu cür sürücülərə qarşı reydlərə başlayacaq.

AvtoReyd.Az məlumat verir ki, ölkə üzrə bütün texniki müayinə mərkəzlərində iş günüdür və sürücülər avtomobillərini müayinədən keçirə bilərlər.

Qanunvericiliyə uyğun olaraq texniki baxışa təqdim edilən avtomobilin ödənməmiş cəriməsi varsa və buna görə avtomobilin saxlanılmasına dair qərar çıxarılıbsa, həmin avtomobil duracağa qoyulur, cərimələr ödənildikdən sonra müayinədən keçirilir. İstehsal ilinə görə avtomobilini nə zaman qeydiyyatdan keçirməli olduğunu bilməyən sürücülər isə bir nüansa diqqət etməlidirlər.Onuda xatirladaq ki,ilk 4-il texniki baxişa ehtiyac yoxdur və ardıcıl olaraq 5,7,9 və 11-ci illərdə avtomobillər texniki baxışdan keçirilir.Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə-İnzibati Xətallar Məcəlləsinin 339.1 maddəsinə əsasən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə ediləcək.

Avqust ayının 1-dən etibarən isə yük avtomobilləri və avtobusların texniki baxışı həyata keçiriləcək. Bu müddət isə 31 oktyabr tarixində yekunlaşacaq.

AvtoReyd.Az

Related Post

Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulub VİDEOCəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulub VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur. Respublika əhəmiyyətli yollarla bərabər,