Avtoreyd.Az Gündəm Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2017-ci il.

AvtoReyd.Az

Related Post

Gözü aparatdan da yaxşı,avtomobilin şüşəsinin tündlüyünü müəyyən edən inspektorGözü aparatdan da yaxşı,avtomobilin şüşəsinin tündlüyünü müəyyən edən inspektor

Oxucularımızdan biri  AvtoReyd.Az  saytına ünvanladığı məktubda qeyd edib ki, bu gün paytaxtın Tbilisi prospekti ərazisində onun avtomobilinin yan şüşələrinin tündlüyündən sübhələnən xidmət apardığı avtomobilin dövlət nömrə nişanı 317 olan DYP inspektoru,  nəqliyyat vasitəsini protokol tərtib edilmədən və heç bir ölçü