Avtoreyd.Az Gündəm Astaranın Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi turizmin inkişafına təkan verəcək – FOTO

Astaranın Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi turizmin inkişafına təkan verəcək – FOTO


Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən və 26 km uzunluğunda olan Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun tikinsi davam etdirilir.

Bir-neçə gündür ki, Taxtanəkəran-Toradi yoluna asfalt döşənməsinə başlanılıb. Qısa müddətdə yolun 1 km-dən çox hissəsinə alt və üst qat asfalt döşənib.

Layihəyə əsasən ərazidə biraşırımlı dəmir-beton konstruksiyalı avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Uzunluğu 28, eni isə 6 metr olacaq körpü yolun 12,4-cü kilometrində yerləşəcək.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa olunan Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi başa çatdıqdan sonra Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar açılacaq.

AvtoReyd.Az

Related Post

Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilibAzərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AvtoReyd.Az-a verilən xəbərə görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı