Avtoreyd.Az Gündəm Piyadalar yolun hərəkət hissəsindən keçirlər – Həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar – VİDEO

Piyadalar yolun hərəkət hissəsindən keçirlər – Həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar – VİDEO


Yeni yerüstü piyada keçidinin tikilməsinə baxmayaraq piyadalar yolun hərəkət hissəsindən keçirlər. Nəticədə həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Gündəlik yaşanan bu mənzərə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi istiqamətindən keçən hissəsində yaşanır.

Yolu kim necə gəldi elədə keçir. Bununla da həyatlarını təhlükəyə atırlar.

Baxmayaraq ki,bu yolda yeni yerüsdü piyada keçidi tikilib. Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində piyadalar avtomobillərin hərəkət hissəsindən yolu keçirlər.

Piyadaların bəzisi keçidin guya hələ istifadəyə veriləməməsini bəhanə gətirdi, bəziləri isə ümumiyyətlə cavab verməkdən imtina elədi.

Təbiiki bu məsələdən ən çox əziyyət çəkən sürücülər olur.

Piyada keçidi tikilsə də, yolun orta hissəsinə beton manelər də qoyulmayıb. Piyadalar buna görə yolu rahatca keçə bilirlər. Azəravtoyol Açıq Səhimdar cəmiyyətinin sözcüsü Anar Nəcəfli təsdiqləyir ki, həmin yerüsdü piyada keçidi istifadəyə verilib.Ancaq yolda beton arakəsmələrin düzülməsini yol polisi həyata keçirməlidir. Baş dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev xəzər xəbərə bildirdi ki, yaxın günlərdə yerüstü piyada keçidinin olduğu yerdə yolun orta hissəsi beton arakəsmələrlə bağlanacaq. Sürücülər isə Sumqayıt istiqamətində olan dönmə yerindən istifadə edərək qəsəbəyə daxil ola və ya bakıya gedə biləcəklər.

AvtoReyd.Az

Related Post