UEFA Çempionlar Liqasında “Şerif”- “Qarabağ” oyunununda Ağdam təmsilçisi qalib olub.
AvtoReyd.Az xəbər verir ki, “Şerif” ikin ci hissəyə əlavə edilmiş 4-cü dəqiqədə hesab arasındakı fərqi azaltsa da, oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb: 1:2. Bununla da “Qarabağ” Çempionlar Liqasının “play-off” mərhələsinə vəsiqə qazanıb.
Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan “Qarabağ” səfərdə lazımı nəticəni təmin etdiyindən qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. Ölkə çempionu paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.