Avtoreyd.Az Gündəm Qubada reyd keçirilib, 50-dən çox sürücü cərimələnib

Qubada reyd keçirilib, 50-dən çox sürücü cərimələnib


“Report”un Şimal bürosunun məlumatına görə, Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin keçirdiyi reyd zamanı saxla əmrinə tabə olmayan sürücülər isə sonradan saxlanılaraq cərimə meydançasına aparılıb. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. İstirahət mövsümü ilə əlaqədar əhalinin bir hissəsi şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Yol polisi sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. Qubaya gələn sürücülərə sürücülərin təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin vacibliyi tövsiyə olunub.

Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin təbliğat üzrə eksperti Azad Əsədov bildirib ki, vətəndaşlar yola çıxarkən avtomobillərinin texniki sazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Reyd zamanı 50-dən çox sürücü cərimələnib.

AvtoReyd.Az

Related Post

Sürücü “Lukoil”də yanacaq oğurluğunun üstünü belə açdı: “Ehtiyacım var idi…” – VİDEOSürücü “Lukoil”də yanacaq oğurluğunun üstünü belə açdı: “Ehtiyacım var idi…” – VİDEO

Bakıda yanacaqdoldurma məntəqəsində sürücü ilə operator arasında dava düşüb.  BAKU.WS xəbər verir ki, azxeber.com-a göndərilən videoda, “Lukoil” yanacaqdoldurma məntəqsində maşınına yanacaq vuran sürücü aldadıldığının fərqinə varıb. O, operatora yaxınlaşaraq onun