Avtoreyd.Az Gündəm ABŞ-da ilk dəfə yüksək sürətli qatarın VAKUUMDA sınağı keçirilib – VİDEO

ABŞ-da ilk dəfə yüksək sürətli qatarın VAKUUMDA sınağı keçirilib – VİDEO


Amerikanın Hyperloop One kompaniyası ilk dəfə olaraq texniki vakuum şəraitində XP-1 kapsulunu sınaqdan keçirib. Bu barədə firmanın özündən TASS-a bildirilib.

Sınaqlar cari ilin iyulun 28-də DevLoop kompleksində baş verib. Lakin bu barədə ancaq indii xəbər yayılıb.

DevLoop – səhra estakadasında quraşdırılmış boru kəməridir. Tunelin diametri 3,3 metr, uzunluğu isə 500 metrdir.

http://www.youtube.com/watch?v=4IXscv-LFFk

Sınaq zamanı Hyperloop One əməkdaşları xüsusi mobil platformanı havanın tamamilə sovrulub çıxarıldığı tunnelə yerləşdirirlər.

Platformaya isə XP-1 kapsulu quraşdırılıb.

Yoxlama buraxılışı zamanı XP-1 təqribən 310 km/saat sürətlə 430 metr gedib.

«Biz sübut etdik ki, texnologiyamız işləyir. İndi biz bütün dünyadan müttəfiqlərimiz, müştərilərimiz və hökumətlərlə Hyperloop texnologiyasının kommersiya istifadəsi barədə müzakirələr başlaya bilərik», – deyə kompaniyanın baş direktoru Rob Lloyd bəyan edib./faktxəbər

AvtoReyd.Az

Related Post