Avtoreyd.Az Gündəm ABŞ-da ilk dəfə yüksək sürətli qatarın VAKUUMDA sınağı keçirilib – VİDEO

ABŞ-da ilk dəfə yüksək sürətli qatarın VAKUUMDA sınağı keçirilib – VİDEO


Amerikanın Hyperloop One kompaniyası ilk dəfə olaraq texniki vakuum şəraitində XP-1 kapsulunu sınaqdan keçirib. Bu barədə firmanın özündən TASS-a bildirilib.

Sınaqlar cari ilin iyulun 28-də DevLoop kompleksində baş verib. Lakin bu barədə ancaq indii xəbər yayılıb.

DevLoop – səhra estakadasında quraşdırılmış boru kəməridir. Tunelin diametri 3,3 metr, uzunluğu isə 500 metrdir.

http://www.youtube.com/watch?v=4IXscv-LFFk

Sınaq zamanı Hyperloop One əməkdaşları xüsusi mobil platformanı havanın tamamilə sovrulub çıxarıldığı tunnelə yerləşdirirlər.

Platformaya isə XP-1 kapsulu quraşdırılıb.

Yoxlama buraxılışı zamanı XP-1 təqribən 310 km/saat sürətlə 430 metr gedib.

«Biz sübut etdik ki, texnologiyamız işləyir. İndi biz bütün dünyadan müttəfiqlərimiz, müştərilərimiz və hökumətlərlə Hyperloop texnologiyasının kommersiya istifadəsi barədə müzakirələr başlaya bilərik», – deyə kompaniyanın baş direktoru Rob Lloyd bəyan edib./faktxəbər

AvtoReyd.Az

Related Post

Azərbaycanda xəstə uşağa təcili yardım çağırdılar, həkimlər ”Jiquli”də gəldi (Video)Azərbaycanda xəstə uşağa təcili yardım çağırdılar, həkimlər ”Jiquli”də gəldi (Video)

Ağdaş rayonunda səhiyyə adına utanc gətirən hadisə baş verib. AvtoReyd.Az Criminal.az-a istinadən xəbər verir ki, xəstələnmiş uşaq üçün təcili yardım çağırılıb. Həkimlər isə təcili yardım maşınında deyil, ”VAZ-21011” markalı köhnə avtomobildə