Ərəb turistlər icarəyə götürdükləri avtomobili sözün əsl mənasında zibilxanaya çeviriblər.
GoldNews.az xəbər verir ki, onlar yedikləri qidaların paketlərini və içdikləri suların plastik qablarını avtomobilin salonuna atıblar. Ərəb turistlərin bu əməlindən həddən artıq qəzəbli olan sahibkar videonu sosial mediada yayıb.
Sözügedən kadrları sizə təqdim edirik.
Qeyd edək ki, video sarkazm məqsədi ilə çəkilib və müəlliflər bildirirlər ki, bu çarxla vermək istədikləri mesaj ərəblərin zibili avtomobilə, azərbaycanlıların isə çölə, küçəyə atmalarıdır.