Avtoreyd.Az Gündəm Polisdən sosial şəbəkələrdə canlı yayım edənlərə XƏBƏRDARLIQ

Polisdən sosial şəbəkələrdə canlı yayım edənlərə XƏBƏRDARLIQ


Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan “Instagram” və “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib.
AvtoReyd.Az-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov azvision.az-a bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir.
“Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu. Ona görə də sükan arxasında olan hər kəs diqqətli olmalıdır. Telefonla danışmaq, əllərini sükandan buraxmaq, hətta yanında əyləşən sərnişinlə söhbət etmək inzibati xəta tərkibi yaradır və sürücü məsuliyyə cəlb olunur. Sürücü avtomobili idarəedən zaman canlı yayıma çıxırsa, bu yolverilməzdir, bunu edənlər məsuliyyətə cəlb edilməlidir”-deyə V.Əsədov vurğulayıb.
DYP rəsmisi vurğulayıb ki, avtomobil idarə edərkən canlı yayım edən sürücülər aşkar edildikdə, onlara qarşı cərimələr tətbiq edilir.

Related Post

Paytaxtda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsi ilə ödəniləcəkPaytaxtda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsi ilə ödəniləcək

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, 14.07.2018 tarixindən 199 nömrəli müntəzəm marşrut