Qazaxıstanın Şımkent şəhərində toy karvanını helikopter müşayiət edib. Bu barədə “Tengrinews” məlumat yayıb. Məlumata görə, “Bentley”, “Lexus” və “Toyota Land Cruiser” markalı avtomobillərdən ibarət “toy korteji”nə vertolyot da qoşulub.
Qazaxıstanda neft şirkətlərdən birinin aviasiya departamentinin rəhbəri Kuanış Musayev jurnalistlərə açıqlamasında bildirib ki, vertolyot yarım saat ərzində 275 min tengə (təxminən 1402 AZN) icarəyə götürülüb./faktxəbər