Avtoreyd.Az Avtoxəbər Lada-ya 188 min dollar yatırdaraq, eksklüziv idman Sedanına çevirdilər(Video+Foto)

Lada-ya 188 min dollar yatırdaraq, eksklüziv idman Sedanına çevirdilər(Video+Foto)


Lotus Engineering ustalarının əllərinə 1996-cı ildə Rusiya istehsalı olan Lada Riva avtomobili düşdü. Qəribə avtomobilə baxdıqdan sonra, şirkət sahibi Pol Şervud onu dəyişikliklər üçün əfsanəvi Lotus Cars-ın  tüning-atelyesinə  verdi. Eksklüziv idman Sedanına VAZI çevirmək üçün,15 gün və demək olar ki, 200 min dollar lazım oldu.

Bir halda ki, Rusiya avtomobilindən Sedana çevirməyə qərar verildisə, doğma mühərrikdən imtina etmək lazım oldu. Vazın 1,5-litrlik  aqreqatının yeri 2-litrlik atmosfera Fiat Twin Cam tutdu. Belə mühərrik Fiat 132 ,Lancia Beta, Lancia Delta kimi əfsanəvi avtomobilərə quraşdırılır. Sözsüz, bu mühərrikdə dəyişiklik aparıldıqdan sonra gücü 180 at gücünə qədər artdı.Doğma transmissiya əvəz olunaraq  Fiat-ın 5-pilləli mexaniki ötürmə qutusu yerləşdirildi. Bu dəyişikliklər yenilənmiş avtomobilə saatda 238 kilometrə qədər sürətini artırmağa imkan yaratdı.

Tormoz sistemi və asmalar dəyişdirildi.Standart Vaz disklərinin əvəzinə ВВS quruldu.

Avtomobilin salonu əhəmiyyətli dərəcədə dəyişdi.Lotus loqotipi ilə Momo sükanı və taxometr xüsusi yaraşıq verdi.Rənq zamanı gümüşü və qara rənglərdən istifadə olunub.Avtomobilin yenidən yığılmasına 188 min dollar lazım oldu.

Yeni Vaz-ın sahibi Almaniyada yaşamağa qərar verdi. AvtoReyd.Az xarici KİV-ə istinadən xəbər verir ki,orada əlavə olaraq avtomobilin üzərinə 20 min avro xərc çəkdiyi bildirilir.Üç ildən sonra avtomobili satmağa qərar verdikdə VAZ-a heç kim bu qədər məbləği vermədi.Heç saibinə avtomobili satmaq qismət olmadi,belə ki, bir müddətdən sonra o dünyasını dəyişdi.İndi Lada Riva Lotus markasının Münhen dilerinin şou-rumunda saxlanılır.

AvtoReyd.Az

Related Post