Avtoreyd.Az Avtoxəbər MAZ-541 – ən böyük və qeyri-adi sovet Sedan-yedəkçisidir (Foto)

MAZ-541 – ən böyük və qeyri-adi sovet Sedan-yedəkçisidir (Foto)


Sovet dövründə kifayət qədər maraqlı modellər var idi, hansılar haggında ki, çox avtomobilçilər bilmirdi. Belə xüsusi modellərdən biri — MAZ-541 adlı unikal aerodrom yedəkçisidir. Bu nəhəng Minskdə 1956-cı ildə “Aeroflot” sifarişi əsasında istehsal edilirdi. Avtomobilin təyinatı – 85 tona gədər təyyarələrin (TU-104, TU-114 və İl-18) yedəyə alması olub.

28-tonluq sovet MAZ-nın qabaritləri belədir.Uzunluğu 7797 mm,eni isə 3400 mm təşkil edirdi.Nəhəngin kapotunun altında T-34 tankına məxsus 12 silindirli 38.8 litr həcmində dizel mühərriki var idi.

Avtomobildə 5-pilləli mexaniki ötürmə qutusu quraşdırılmışdı.Onlardan irəli hərəkət üçün üç ,geri üçün isə iki pilləli mexaniki ötürmə qutusu nəzərdə tutulmuşdur. Bu nəhəng avtomobilin maksimal surəti saatda 30 km təşkil edirdi. Yanacağın sərfiyatına gəldikdə isə, hər 100 kilometrə 120 litr dizel sərf edilirdi.

Avtomobilin təkərləri xüsusi diqət cəlb edirdi. Onlar müxtəlif idilər.Öndə konstruktorlar YAAZ-214 yük avtomobilinin , arxada isə, karyerlərdə çalışan  özüboşaldan MAZ-525-in təkərləri yerləşdirib. Bu onu nəzərə alaraq edilmişdi ki, əsas yüklənmə avtomobilin arxa hissəsinə düşürdü.

MAZ-541-in kuzovu iki rəngə rənglənmişdi. Avtomobillin radiator barmaqlıqları xromlanmış,ikiqat baş optika,iki sükan,təkrarlanmış idarəetmə orqanları və iki yerə malik idi .TU-154 və İl-62-nin gəlişi ilə daha güclü yedəkçi lazım olduğundan aerodromlarda bu avtomobili 1970-ci ilə qədər görmək mümkün idi.

12 belə avtomobil buraxılmağı planlaşdırılsada, yalnız üç nüsxə istifadəyə verildi. İstifadə müddəti  bitdikdən sonra avtomobillərdən məlumat yoxdur. Amma tarixə  MAZ-541 yalnız ən böyük və ağır kimi deyil, həm də dünyada ən qeyri-adi Sedan kimi düşüb.

AvtoReyd.Az

Related Post

“Iran Khodro” şirkəti Azərbaycanda “Samand” markalı avtomobilin istehsalına başlayıb“Iran Khodro” şirkəti Azərbaycanda “Samand” markalı avtomobilin istehsalına başlayıb

İranın ən böyük avtomobilqayırma şirkəti olan “Iran Khodro” (IKCO) Azərbaycanla əməkdaşlığını genişləndirir. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, şirkət “Samand” modelinin Azərbaycanda istehsalına başlayıb. Qeyd edək ki, IKCO daha əvvəl Azərbaycanın