Avtoreyd.Az Gündəm Taksilərlə bağlı yeni qərar

Taksilərlə bağlı yeni qərar


Azərbaycanın baş naziri Artur Rasi-zadə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

AvtoReyd.Az Trend-ə istinadən məlumat verir ki,qərara əsasən, Qaydaların 9.5-ci bəndində “Taksilərin dayanacaq yeri” sözləri “Minik taksilərinin duracaq yeri” sözləri ilə və “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilib.

Dəyişikliyə qədər Qaydaların 9.5-ci bəndində göstərilirdi ki, sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Taksilərin dayanacaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə edə bilər.

Lakin Qaydalara dəyişiklik edilməklə, taksilərin sifariş gözləyərkən “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməsi məcburiləşdirilir.

AvtoReyd.Az

Related Post

“Qarabağ”–“Roma” oyununun azarkeşləri stadiona xüsusi avtobuslarla daşınacaq“Qarabağ”–“Roma” oyununun azarkeşləri stadiona xüsusi avtobuslarla daşınacaq

Sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsi ilə