Avtoreyd.Az Avtoxəbər Jaguar-dan təkmilləşdirilmiş XJ – FOTO

Jaguar-dan təkmilləşdirilmiş XJ – FOTO


Jaguar şirkəti Mercedes-AMG S63-ün rəqibi olacaq yeni nəsil sedan XJ-in təkmilləşdirilmiş versiyasını rəsmən təqdim edib. Yenilik barədə hələ iyun ayında Hudvudda keçirilən sürət festivalında elan edilmişdi. Lakin o vaxt qonaqlara avtomobilin müəyyən hissəsini göstərmişdilər.

AvtoReyd.Az auto.az-a istinadən bildirir ki, Jaguar XJR575-i 5-litrlik, 8-silindrli kompressorlu mühərriklə (575 a.g. və 700 Nm fırlanma anı) təchiz ediblər. Bu, əvvəlki nəsil Jaguar XJR-də olandan 25 a.g. çoxdur.

Sedan yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənir. Bu, sələfindən 0,2 saniyə daha tezdir, lakin Mercedes-AMG S63-dən 0,2 saniyə gec. Maksimal sürət isə 300 km/saatdır.

Jaguar XJR575 XJ sırasının təkmilləşdirilmiş hissəsidir. Restaylinq olunmuş flaqman sedanı tam diodlu qabaq faralar, 10-düymlük sensorlu ekranı olan modernləşdirilmiş Touch Pro dəsti, o cümlədən 4G standartlı simsiz Wi-Fi alıb.

Təkmilləşdirilmiş Jaguar XJ 2017-ci ilin noyabrında satışa çıxarılacaq.

AvtoReyd.Az

Related Post

“The Beatles” qrupunun üzvləri Pol Makkartni və Rinqo Starra, həmçinin Elton Con və Madonnaya məxsus nadir avtomobillər hərracda satılacaq (Fotolar)“The Beatles” qrupunun üzvləri Pol Makkartni və Rinqo Starra, həmçinin Elton Con və Madonnaya məxsus nadir avtomobillər hərracda satılacaq (Fotolar)

Avtoreyd.az bildirir ki, Bonhams-ın dekabr ayının 2-də Londonda baş tutacaq hərracında əvvəllər The Beatles qrupunun üzvləri Pol Makkartni və Rinqo Starra, həmçinin Elton Cona və Madonnaya aid nadir avtomobillər satışa çıxarılacaq.