Avtoreyd.Az Hadisə Masallıda məmur oğlu maşınla uşağı vurdu

Masallıda məmur oğlu maşınla uşağı vurdu


Masallıda avtomobil  yolu keçmək istəyən 11 yaşlı uşağı vurub.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.

Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov APA-nın müxbirinə hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.

AvtoReyd.Az

Related Post

Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub – FOTOGoranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub – FOTO

Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb. AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, qəza təmir işləri görülən avtomobil yolunda baş verib. Sürücü yol işarələrinə riayət etmədən qadağan