Avtoreyd.Az Avtoxəbər Maserati yeni GranTurismo təqdim edəcək – FOTO

Maserati yeni GranTurismo təqdim edəcək – FOTO


Maserati şirkəti 2020-ci ildə gələcək nəsil kupe GranTurismo istehsal edəcək. Bu barədə Car nəşriyyatı öz mənbəyinə istinadla xəbər yayıb.

AvtoReyd.Az auto.az-a istinadən bildirir ki, Maserati GranTurismo tamamilə yeni alüminium platformada yığılacaq. Bunun sayəsində avtomobilin konstruksiyası sələfinə nisbətən daha yüngül və sərt olacaq. Maserati gələcək modellərinin əsasını yeni şassi, yanacaqla işləyən mühərrik, o cümlədən hibrid və elektrik güc qurğuları təşkil edəcək.

İlkin məlumata əsasən, mühərriklər sırasına yüklənmiş aqreqatlar daxildir. Əvvəlki 6-pilləli avtomat sürət qutusunu indi ZF şirkətinin 8-pilləli sürət qutusu əvəz edəcək.

Xarici görünüşə gəldikdə isə, gələcək nəsil GranTurismo-nun dizaynında həm klassik cizgilərdən, həm də konsept-kar Alfieri-nin cizgilərindən istifadə ediləcək. Güman edilir ki, prototip kupe artıq gələn il debüt edəcək.

AvtoReyd.Az

Related Post

Bazarda keyfiyyətsiz akkumlyatorlar var: Bəs keyfiyyətli akkumlyatoru necə seçməli? – VİDEOBazarda keyfiyyətsiz akkumlyatorlar var: Bəs keyfiyyətli akkumlyatoru necə seçməli? – VİDEO

Avtomobil sahibləri bazarda keyfiyyətsiz akkumlyatorların olmasından və seçim etməkdə çətinlik çəkdiklərindən şikayətçidirlər. Xezerxeber.az məlumat verir ki, sürücülər öncədən aldıqları akkumlyatorların daha çox işlədiyini deyirlər. Hazırda bazara gətirilən və satılan akkumlyatorların