Avtoreyd.Az Avtoxəbər Maserati yeni GranTurismo təqdim edəcək – FOTO

Maserati yeni GranTurismo təqdim edəcək – FOTO


Maserati şirkəti 2020-ci ildə gələcək nəsil kupe GranTurismo istehsal edəcək. Bu barədə Car nəşriyyatı öz mənbəyinə istinadla xəbər yayıb.

AvtoReyd.Az auto.az-a istinadən bildirir ki, Maserati GranTurismo tamamilə yeni alüminium platformada yığılacaq. Bunun sayəsində avtomobilin konstruksiyası sələfinə nisbətən daha yüngül və sərt olacaq. Maserati gələcək modellərinin əsasını yeni şassi, yanacaqla işləyən mühərrik, o cümlədən hibrid və elektrik güc qurğuları təşkil edəcək.

İlkin məlumata əsasən, mühərriklər sırasına yüklənmiş aqreqatlar daxildir. Əvvəlki 6-pilləli avtomat sürət qutusunu indi ZF şirkətinin 8-pilləli sürət qutusu əvəz edəcək.

Xarici görünüşə gəldikdə isə, gələcək nəsil GranTurismo-nun dizaynında həm klassik cizgilərdən, həm də konsept-kar Alfieri-nin cizgilərindən istifadə ediləcək. Güman edilir ki, prototip kupe artıq gələn il debüt edəcək.

AvtoReyd.Az

Related Post