Dünyanın məşhur markalarının loqoları hələsi bir məna daşıyır. Bu loqoların mənaları çoxları üçün qaranlıq qaranlıq aldığına görə şirkətlərin adları barədə əfsanələr uydurulur.
Aşağıda izləyəcəyinizməlumatda ən məşhur 10 şirkətin loqousunun dəqiq mənası ilə təanış olacaqsınız.
Alfa Romeo
Alfa Romeo emblem dizaynı, İtalyanın Milan şəhəri ilə ölkənin soylu ailəsi Visconti ətrafında dayanır. Qırmızı xaç zadəganlığı, ağ fon xalqı və kəndliləri simvollaşdırır. Tac geymiş gürzə ilanı isə soylu Viscoti ailəsinin gerbindən götürülüb.
Amazon
Şirkətin sahibi Cef Bezos virtual ticarət şirkətinin adının əksər lüğətlərdə birinci hərf olan A ilə başlamasını münasib görüb. Dünyanın ən böyük çayı qəbul edilən Amazon adı isə şirkətin əsas prioriteti hesab olunur. Bezos bu adla şirkətinin də bir gün o qədər böyük olmasını fikirləşib.
Audi
Emblemdəki dörd üzük avtomobil birliyi üçün bir araya gəlib ittifaq quran dörd firmanı simvollaşdırır. Audi adı firmanın keçmiş rəhbərlərindən olan mühəndis August Horch tərəfindən verilib.
BMW
BMW-nin emblemində mavi, ağ rənglər Almaniyanın Bavariya əyaləti ilə əlaqədardır. 1929-ci ildən bu yana təyyarə və mühərrik istehsal edən BMW, embleminə istehsala uyğun rezin içində fırlanan pərvanə fiqura yer verir. Daha sonra avtomobil istehsalına başlayan BMW avtombillərdə də eyni emblemdən istifadə edir.
Nike
Nike, Karolyn Devidsonun 1971-ci ildə Portland Universitetinin qrafik dizayn tələbəsi ikən həyata keçirdiyi layihədir. Bu loqonu tələbəlik illərində Davidson 35 dollara hazırlayıb.
Nokia
Fin əsilli mobil telefonu istehsalçısının adını Finlandiyadakı Nokia şəhərindən götürüb.
Sony
Sony-nin adı latınca səs (sonus) və ingilis dilində isə “övlad (sonny) mənasını verən sözlərin sintezindən yaranır.
Vodafone
Vodafone mobil telefon və rabitə şirkəti adını ingilis dilində səs (voice), məlumat (data) və telefon (questo) sözlərindən götürüb.
Apple
Dünya nəhəngi olan elektron şirkətin loqosu ilə bağlı bir çox əfsanə dolaşır. Bunlardan biri də loqodakı dişlənmiş almanın Enigma şifrələrini həll edən və kompyuterin atası sayılan dahi riyaziyyatçı Alan Turingə istinad etməsidir. Çünki Turing sianid bir alma dişləyərək intihar edib.
Google, “googol” sözünün üzərində dəyişiklik edilərək ortaya çıxıb. Edvard Kasner adlı amerikalı riyaziyyatçının qardaşı oğlu Milton Sorotta tərəfindən kəşf edilən “googol” sözü 1 və ondan sonra 100 sıfırın gəlməsi ilə yaranan rəqəmdir.
FaktXəbər.com