Avtoreyd.Az Avtoxəbər Goranboyda keçirilmiş ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb – FOTO

Goranboyda keçirilmiş ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb – FOTO


Goranboyda atmosferi dəm qazı ilə normadan artıq zəhərləyən avtomobillərə qarşı eko reyd keçirilib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, yol patrul xidmətinin, 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşlarının Goranboy rayon ərazisində keçirdiyi reyd zamanı havaya buraxılan zəhərli qazların miqdarı normadan çox olan avtomobillərin sürücülərlə yanaşı, sərnişinləri ayaq üstdə daşıyan mikroavtobus və avtobusların sürücüləri də aşkarlanıb və onlar cərimələnib.

Dörd saatlıq reyd zamanı ümumilikdə 80-dən çox avtomobil saxlanılıb, sürücülər barəsində 40-dan çox inzibati protokol yazılıb. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları isə normadan çox yük və sərnişin daşıyan mikroavtobusun sürücülərini cərmələyib. Qeyd edək ki, cərmələrlə razılaşmayan bəzi sürücülərlə yoxlamalar aparan aidiyyəti qurum əməkdaşları arasında mübahisələr də yaşanıb.

Rayon ərazisində bu cür reydlər davam etdiriləcək.

AvtoReyd.Az

Related Post

Yeni “Niva” GƏLİRYeni “Niva” GƏLİR

“Avtorevyu” nəşri “Lada 4×4” – daha çox “Niva” adı ilə tanınan yolsuzluq avtomobilinin növbəti nəslinin yaradılması üzərində işlərin gedişi haqqında məlumat yayıb. AvtoReyd.Az bildirir ki, daha əvvəl yer alan şayiələr təsdiqlənib.

İTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə “FİAT”lar… – FOTOLARİTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə “FİAT”lar… – FOTOLAR

Əgər Almaniya öz avtomobillərinin etibarlılığı və işləməsinin mükəmməlliyi ilə məşhurdursa, italiyalılar ənənəvi gözəllik və dizayner cəsarəti ilə lovğalana bilərlər. Publika.az bildirir ki, 28 oktyabrda “avromaşın” həvəskarları İtaliyanın Paduya şəhərinə yığışdılar. Alıcılar