Vasiliy Lazarenko öz əl işi olan unikal avtomobili satışa çıxardı.AvtoReyd.Az xəbər verir ki,bu eksklüziv avtomobil 2007-ci ildə yığılmışdı. Unikal avtomobil tez məşhurlaşdı.Ukraynalılar Vasiliy Lazarenkonu Papa Karlo adlandırlar. İndi o,öz unikal avtomobilini satmağa qərar verib.
Vasiliy avtomobilin yaradılmasına bir il yarım lazım olub. Bütün bu vaxt ərzində usta səhər 8-dən gecə 12-ə qədər eksklüziv avtomobilin üzərində çalışıb. Öz arzusu naminə Vasiliy işini ataraq 2 avtomobilini satmaq məcburiyyətində qalıb.
Avtomobilin kuzovu avtomobil istehsalının müxtəlif dövrlərini birləşdirir.Sol tərəfi usta 80-ci illərin Opel Ascona,sağı isə,30-cu illərin Kabrioleti şəklində reallaşdırıb.Avtomobilin sahibi bütün bu əziyətinin müqabilində unikal şedevrə görə 50 min dollar istəyir.
Avtomobilin yürüşü cəmi 10 min kilometr təşkil edir, ötürmə qutusu isə,mexanikidir. Avtomobilin salonu dəbli və baha görünür,bütün əsas elementlər təbii dəridən və ağacdan yerinə yetirilmişdir. Bundan başqa, avtomobil elektropaket ilə və maqnitofonla təchiz edilmişdir.