Xocahəsən-Lökbatan avtomobil yolunun 9-13 km-lik hissəsində cari təmir-bərpa işləri aparılır. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az a daxil olan məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.
Ümumilikdə, təmizlənmiş hissələrə 10 min kv.metr yeni asfalt-beton örtüyü döşənəcək.
“Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bununla əlaqədar olaraq, qeyd edilən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə olunur”, – deyə cəmiyyətin məlumatında əlavə edilib.