Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford” markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü, 1956-cı il təvəllüdlü Təvəkkül Qasımovun öldüyü, dörd nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxslər 1948-ci il təvəllüdlü Xanımzər Quliyeva, onun oğlu, 1977-ci il təvəllüdlü Şöhrət Quliyev, nəvəsi 2005-ci il təvəllüdlü Əli Quliyev və 1949-cu il təvəllüdlü İveta Əliyevadır.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.