İlk öncə bu İJ-27151 görəndə onun orijinal dizaynı,pnevmoasqısı və böyük təkərlərləri nəzərə çarpır.AvtoReyd.Az–ın məlumatına görə,ən böyük ölçülü təkərlərə uyğun olaraq qövsləri kəsildi,VAZ-dan 2-litrlik mühərrik və Jıquli ötürmələr qutusu yerləşdirildi.
Avtomobilin eksteryeri dəyişərək, İJ üçün standart yumru faralarla radiator barmaqlığını düzbucaqlı optika ila əvəz edildi.Kuzovun arxa hissəsində velosipedi bərkitmək üçün yerdə hazırlanıb.
Müasirləşdirmə nəticəsində İJ-27151 əsasında ən maraqlı pikap alınıb.
Layihənin müəllifi daha güclü əyləc sistemi,müasir multimedia mərkəzi və işlənmiş qazların çıxışı üçün yeni boru quraşdırılması haggında öz planlarından danışıb.