Avtoreyd.Az Hadisə Gəlin qayınanasını əvvəlcə boğdu, sonra… – DƏHŞƏTLİ VİDEO

Gəlin qayınanasını əvvəlcə boğdu, sonra… – DƏHŞƏTLİ VİDEO


İstanbulun Qaziosmanpaşa adlanan bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.

Əslən suriyalı olan 3 uşaq anası 23 yaşlı S.Leyla yoldaşı işə getdikdən sonra 72 yaşlı qayınanası ilə evdə tək qalıb. Aralarında yaranan mübahisə zəminində qayınana gəlinə şillə vurub. Bundan qəzəblənən S.Leyla qadını əvvəlcə boğub, daha sonra cəsədini xalçaya büküb yaxınlıqdakı zibil qutusuna qədər sürüyüb.

Qadın qonşularını da cinayətə ortaq edib. İçərisində cəsəd olduğundan xəbərsiz olan qonşular cəsədi zibil qutusuna aparmaqda Leylaya kömək ediblər.

Son anda həbs olunacağını düşünən qadın fikrini dəyişib və qonşuların köməyi ilə cəsədi yenidən evə qaytarıb. Hadisədən şübhələnən qonşular polisə xəbər verib.

Polis ətrafdakı təhlükəsizlik kameralarını incələdikdən sonra qadını saxlayıb. Törədtiyi cinayəti etiraf edən qadın həbs olunub.

Faktla bağlı cinayət işi açılıb./publika.az

http://www.youtube.com/watch?v=4vWStPRzu1M

Related Post

Mingəçevirdə yol qəzası baş verib, yaralananlar varMingəçevirdə yol qəzası baş verib, yaralananlar var

Mingəçevir şəhərində idarəetmədən çıxan avtomobil divara çırpılıb. ”Report”un Şirvan bürosu xəbər verir ki, “Hunday” markalı avtomobil yolun kənarındakı divara çırpılaraq ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində sürücü və avtomobildə olan iki qadın sərnişin –  Mingəçevir şəhər sakini, 1989-cu il

Sumqayıtda pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ağır xəsarət alıb – FOTOSumqayıtda pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ağır xəsarət alıb – FOTO

Bayram günü Sumqayıt şəhərində satışı qadağan olunmuş pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ağır xəsarət alıb. AvtoReyd.Az “Report”un yerli bürosununa istinadən xəbər verir ki, əl nahiyələrindən xəsarət alan şəhər sakinləri –