Avtoreyd.Az Gündəm “Sahil” stansiyası əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq

“Sahil” stansiyası əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq


Bakı Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Bunu AvtoReyd.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub. Dövlət proqramına uyğun olaraq, “Sahil stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq.

Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Sahil” stansiyası 20.08.2017-ci il tarixindən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun “Sahil” stansiyasına yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur, – deyə məlumatda vurğulanıb.

AvtoReyd.Az

Related Post

Damla ilə bağlı ŞOK İDDİA: eşq yaşadığı deyilən evli kişi “Porsche”sini əlindən alıb? – AÇIQLAMADamla ilə bağlı ŞOK İDDİA: eşq yaşadığı deyilən evli kişi “Porsche”sini əlindən alıb? – AÇIQLAMA

Sevgilisindən ayrılan müğənni Damlanın avtomobili əlindən alınıb. AvtoReyd.Az xəbər verir ki, bu barədə məlumatı azxeber.com saytı yayıb. Yazılanlara görə, Bakıda fəaliyyət göstərən məşhur mebel salonlarından birinin sahibi olan iş adamı Damla