Avtoreyd.Az Dörd çarx Azərbaycan avtomobil idxalını 55% artırıb

Azərbaycan avtomobil idxalını 55% artırıb


2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 4 468 ədəd avtomobil idxal olunub.

AvtoReyd.Az Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1589 ədəd avtomobil və ya 55,19% artıb.

Ölkəyə gətirilən avtomobillərin 111 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 791 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 519 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 47 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

AvtoReyd.Az

Related Post

BNA nişanlanma xətləri və piyada keçidlərini iki komponentli boya ilə rəngləyəcəkBNA nişanlanma xətləri və piyada keçidlərini iki komponentli boya ilə rəngləyəcək

Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb. Məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırımaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz

Ötən gün Bakıda təhlükəli görüntülər çəkildi – “TIR” sürücüsü…. – VİDEOÖtən gün Bakıda təhlükəli görüntülər çəkildi – “TIR” sürücüsü…. – VİDEO

Bakıda təkəri partlayan “TIR” yoluna davam edib. Hadisə Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının yaxınlığında baş verib. Türkiyədövlət nömrə nişanlı “TIR”-ın təkəri partlasa da, sürücü hərəkətinə davam edib. Görüntülərdə avtomobilin yüklü