Avtoreyd.Az Avtoxəbər Moskvada pilotsuz avtomobillər üçün poliqon yaradıldı

Moskvada pilotsuz avtomobillər üçün poliqon yaradıldı


Rusiya paytaxtındakı “Kalibr” texnoparkında ölkədə pilotsuz avtomobillərin sınaqları üçün ilk poliqon açılıb.

lent.az-ın xəbərinə görə, bu barədə Moskva merinin rəsmi portalında məlumat verilib.

Moskvanın Ostankino rayonunda yerləşən texnoparkda yaradılan poliqon şəhərə oxşadılıb. 400 metr uzunluğunda yolda avtobus dayanacaqları, piyada keçidləri, yol nişanları, dairəvi hərəkət var.

Artıq pilotsuz avtomobillərin sınaqlarına başlanıb. “Pilotsuz nəqliyyat vasitələri sahəsində iş aparan şirkətlər üçün avtomobilləri sınaqdan keçirməyə və “öyrətməyə” imkan verən infrastrukturun olması vacibdir. Bu işə yardımçı olmaq üçün texnoparkda xüsusi təcrübə poliqonu yaradılıb”, – deyə meriyanın portalında bildirilir.

Poliqondan ali məktəb tələbələri və aspirantları da istifadə edəcək.

AvtoReyd.Az

Related Post

Bu gündən icbari sığorta müqaviləsi bağlamamış avtomobil sahibləri barəsində elektron protokollar tərtib ediləcəkBu gündən icbari sığorta müqaviləsi bağlamamış avtomobil sahibləri barəsində elektron protokollar tərtib ediləcək

Bu gündən (iyunun 7-dən) sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq. Bu barədə  Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən