Avtoreyd.Az Avtoxəbər Moskvada pilotsuz avtomobillər üçün poliqon yaradıldı

Moskvada pilotsuz avtomobillər üçün poliqon yaradıldı


Rusiya paytaxtındakı “Kalibr” texnoparkında ölkədə pilotsuz avtomobillərin sınaqları üçün ilk poliqon açılıb.

lent.az-ın xəbərinə görə, bu barədə Moskva merinin rəsmi portalında məlumat verilib.

Moskvanın Ostankino rayonunda yerləşən texnoparkda yaradılan poliqon şəhərə oxşadılıb. 400 metr uzunluğunda yolda avtobus dayanacaqları, piyada keçidləri, yol nişanları, dairəvi hərəkət var.

Artıq pilotsuz avtomobillərin sınaqlarına başlanıb. “Pilotsuz nəqliyyat vasitələri sahəsində iş aparan şirkətlər üçün avtomobilləri sınaqdan keçirməyə və “öyrətməyə” imkan verən infrastrukturun olması vacibdir. Bu işə yardımçı olmaq üçün texnoparkda xüsusi təcrübə poliqonu yaradılıb”, – deyə meriyanın portalında bildirilir.

Poliqondan ali məktəb tələbələri və aspirantları da istifadə edəcək.

AvtoReyd.Az

Related Post

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)

İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində İsmayıllı şəhərinin küçələrində, İsmayıllı-İvanovka