Avtoreyd.Az Gündəm Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb

Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb


“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş- gəlişini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirməkdə davam edir.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Aza verilən məlumata görə, bu tədbirlər sırasında metronun “Avtovağzal” stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsinin salınması da yer alır.

Yeni yol hissənin salınması metronun“Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq.

Yeni yol hissəsinin ümumi uzunluğu 44, eni isə 20 metr təşkil edir.

Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyadalar üçün səki də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi salınıb.

Qeyd edək ki, görülən işlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

AvtoReyd.Az

Related Post

Prezident İlham Əliyev Qax-Zaqatala yolunun bərpasına 23,3 milyon manat ayırıbPrezident İlham Əliyev Qax-Zaqatala yolunun bərpasına 23,3 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az–ın məlumatına görə, sərəncamda qeyd olunub ki, regionların davamlı və tarazlı inkişafının təmin olunması ölkədə

Yasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə – VİDEOREPORTAJYasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə – VİDEOREPORTAJ

Bakının Yasamal rayonu ərazisində, “Qanlı Göl” yaşayış massivinin yaxınlığından keçən magistral yolda piyada keçidinin olmaması sakinlərin ciddi narazılığına səbəb olub. “Report”un məlumatına görə, massivin ərazisində tez-tez piyada ölümləri və xəsarət almaları

Sabah Bakıda sulu qar yağacaqSabah Bakıda sulu qar yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi