Avtoreyd.Az Dörd çarx 66 ilin avtomobili göz oxşayır – yeni avtomobildən seçilmir – VİDEO

66 ilin avtomobili göz oxşayır – yeni avtomobildən seçilmir – VİDEO


Goranboy sakini 7 il öncə aldığı “QAZ 69” markalı avtomobilə 20 min manat xərc çəkərək əla vəziyyətə gətirib. Detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Gücünə və sürətinə görə sahibi avtomobili “dağ keçisi” adlandırır.

66 il əvvəl istehsal edilib, görkəminə görə yeni avtomobildən seçilmir. Goranboy sakini Rasim Tanırverdiyev 7 il öncə aldığı “Qaz 69” markalı avtomobilə 20 min manat xərc çəkərək bu vəziyyətə gətirib. Hər hansı detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Sürücü ilə bərabər 4 nəfərin rahat əyləşə biləcəyi modelin ən bahalı detalı isə onun üzərinə yerləşdirilən ceyrandır. Bu detalın qiyməti 1000 manata yaxındır.

Bu avtomobil digər modellərdən sürət qutusu ilə fərqlənir. Onu idarə etmək ilk dəfə sükanı arxasına əyləşənlər üçün bir qədər çətin olur.

Sahibi Qorki avtomobil zavodunda istehsal edilən “Qaz 69”-u gücünə və sürətinə görə “dağ keçisi” adlandırır. Sahibi avtomobili satmayacağını bildirib.

AvtoReyd.Az

Related Post

Magistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEOMagistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEO

İndi sizə təqdim edəcəyimiz görüntüdə qum daşıyan ağır tonnajlı yük avtomobilinin sürücüsü daşıdığı yükün yolda dağılmasına əhəmiyyət verməyərək, hərəkətə davam edir. Sosial şəbəkələrdə yayılan bu görüntü polis tərəfindən nəzarətə götürülüb

Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? – RƏSMİ AÇIQLAMA (VİDEO)Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? – RƏSMİ AÇIQLAMA (VİDEO)

Sumqayıtda daha bir marşrut xətti ləğv edilib. Xeberle.com-un məlumatına görə, yanvarın 8-dən 25 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılıb. Bu isə həmin marşrut avtobuslarının xidmətlərindən istifadə edən sərnişinlərin narahatlığına səbəb olub. Sərnişinlər Xeberle.com-a bildiriblər