Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında hadisə baş verib.
AvtoReyd.Az xezerxeber.az-a istinadən məlumat verir ki dünən saat 13:30 radələrində bir nəfər təsadüfən relslərin üzərinə yıxılıb.
Xəbərlə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. Xəbəri təsdiqləyən N. Paşayev gəncin sağ olduğunu və sadəcə qolunun sındığını deyib.